https://news.day.az/azerinews/840571.html Dolların məzənnəsi 7 illik maksimuma çatıb - Çində

Dolların məzənnəsi 7 illik maksimuma çatıb - Çində

Azərbaycanca, 14 ноября 2016 13:38 (UTC +04:00) 1 005
Dolların məzənnəsi 7 illik maksimuma çatıb

Day.Az представляет новость на азербайджанском языке

Çinin nağd valyuta bazarında ABŞ dollarının orta məzənnəsi 6,845 CNY/USD-yə yüksələrək son 7 ilin maksimal həddinə çatıb. "Report"un analitik qrupu xəbər verir ki, bu, 2009-cu il martın 2-dən etibarən qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, 2008-ci ilin iyun ayından 2010-cu ilin iyununa qədər məzənnə 6,81-6,89 CNY/USD diapazonunda hərəkət edib. Analitik qrup hesab edir ki, dolların məzənnəsinin 6,90 CNY/USD-ni keçməsi dolların Çində 8,30 yuana qədər bahalaşmasına səbəb olacaq. Xatırladaq ki, CNY/USD məzənnəsi 2003-cü ildən başlayaraq 8,30-dan 2008-ci ildə 6,90-a qədər azalıb.

"Çində dolların möhkəmlənməsinə səbəb bu ölkənin iqtisadiyyatının artım tempinin getdikcə yavaşlaması, ABŞ-da uçot dərəcəsinin artması ehtimallarının güclənməsi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çinə qarşı əlavə gömrük idxal rüsumlarını tətbiq edəcəyini açıqlaması və s. amillər göstərilir. İlin sonuna qədər CNY/USD məzənnəsinin 7,00-a çatacağını, 2017-ci ildə isə 7,50-yə qədər arta biləcəyini ehtimal edirik", - deyə Agentliyin analitikləri əlavə ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости