Deputatın qardaşı oğluna 42 min "atdılar" - İş məhkəmədədir
Day.Az представляет новость на азербайджанском языке
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 23-də davam etdiriləcək.
İttihama görə, "Azital İnşaat" MMC-nin direktoru işləyən, 1969-cu il təvəllüdlü Şamil Bədəlov şirkətin 42 min manat pulunu mənimsəyib. Adıçəkilən şirkətin təsisçisi, deputat Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevdir. "Azital İnşaat" MMC millət vəkili A.Vəliyevə məxsus olduğu bildirilən "Azəraqrartikinti" MMC ilə eyni ünvanda qeydiyyatdadır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре