https://news.day.az/azerinews/940684.html Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Misirin Azərbaycandakı səfirliyində

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Misirin Azərbaycandakı səfirliyində

Azərbaycanca, 12 октября 2017 18:01 (UTC +04:00) 763
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Misirin Azərbaycandakı səfirliyində

Day.Az представляет новость на азербайджанском языке

11 oktyabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olmuşlar. Day.Az bildirir ki, qarşılıqlı əməkdaşlıq və tanışlıq məqsədi daşıyan görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir Azərbaycan dostluq əlaqələrindən, Mərkəzin yaranma tarixi, fəaliyyəti, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi üçün aparılan işlər barədə məlumat verdi.

Azərbaycan Musiqi Mədəniyyəti  Dövlət Muzeyinin direktoru Alla Bayramova dəvət üçün Mərkəz rəhbərinə öz təşəkkürünü bildirərək, Muzeyin əsas məqsədi və vəzifəsinin Azərbaycan musiqi tarixi ilə bağlı məlumatların toplanması, saxlanılması və araşdırılması haqqında məlumat verdi. Bundan başqa 2017-ci ilin İslam Həmrəylik İli çərçivəsində Muzeydə İslam ölkələrinin musiqi alətlərindən ibarət sərginin keçiriməsində göstərdiyi köməyə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydiyə öz təşəkkürünü bildirdi.

Söhbət zamanı qurumlar arasında əməkdaşlıq məsələləri və bir sıra təkliflər müzakirə olundu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости