Azərbaycanda 2 hakim vəzifəsindən azad olundu

13 октября 2017 20:01

Day.Az представляет новость на азербайджанском языке

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəmələrinin 70-dək hakiminin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti müzakirə edilməklə qiymətləndirilib.

Aparılan prinsipial təhlil və müzakirələr nəticəsində vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq apellyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinmişdir. Həmçinin, bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflər verilmişdir.

 

Tədbirdə məhkəmə hakimiyyətində yalnız mənəvi saflığı, peşəkarlığı, yüksək hazırlığı və qərəzsizliyi ilə fərqlənən hakimlərin təmsil olunmasının zəruriliyi bildirilmiş, hakimliyə namizədlərin mütərəqqi beynəlxalq standatlar səviyyəsində, ən şəffaf üsullarla seçimi prosesi haqqında məlumat verilmiş, hazırda 126 nəfər hakimliyə namizədin çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq, 1 illik ilkin tədris kursuna cəlb edildiyi vurğulanmışdır.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin və icra intizamının pozulması hallarına, habelə süründürməçiliyə yol verdiklərinə görə 2 hakimin tutduğu vəzifədən azad olunaraq aşağı işə keçirilməsi qərara alınmış, 2 hakim barədə intizam icraatı başlanılmışdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!