Daha bir yenilik "Youtube"dan gəlir

13 октября 2017 20:50

Day.Az представляет новость на азербайджанском языке

"Google" şirkəti "YouTube" proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir.

Milli.Az ictnews-a istinadən xəbər verir ki, bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb.

İndi "Əsas" meyudakı videolar avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.

 

İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar adətən narahatçılıq yaradır, amma "YouTube"da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsinə görə, by funksiya istifadəçləri narahat etməyəcək. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!