https://news.day.az/azerinews/941503.html Bakıda bu tip mənzillər bahalaşıb Day.Az представляет новость на азербайджанском языке Sentyabr ayında Bakıda mənzillərin qiymətində artım müşahidə olub.

Bakıda bu tip mənzillər bahalaşıb

Azərbaycanca, 15 октября 2017 22:30 (UTC +04:00) 1 746
Bakıda bu tip mənzillər bahalaşıb

Day.Az представляет новость на азербайджанском языке

Sentyabr ayında Bakıda mənzillərin qiymətində artım müşahidə olub.

Day.Az Trend-ə istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun dediyinə qörə, sentyabr ayında təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib.

Ekspert bildirib ki, ilkin mənzil bazarında isə qiymətlərdə 6.56 faiz azalma müşahidə edilib.

N.İbrahimov qeyd edib ki, təkrar satılan mənzillərin qiymətlərinin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin çoxalmasıdır: "Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar".

N.İbrahimovun sözlərinə görə, oktyabr ayında da təkrar mənzil bazarında qiymətlərin bahalaşması proqnozlaşdırılır: "Amma noyabr ayında stabilləşmə və ondan sonra yenidən artım gözlənilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости