Lənkəranda baş həkimi öldürən şəxsə AĞIR CƏZA

Day.Az представляет новость на азербайджанском языке.

Ləkəran Ağır Cinayətlər Məhkəməsində rayonda baş həkim işləmiş Vahab Səfərovu öldürməkdə təqsirləndirilən Vüqar Həmid oğlu Abbasovun məhkəmə prosesi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. 

Məhkəmənin qərarı ilə V.Abbasov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 18-də baş verib. Lənkəranın Xolmili kənd sakini 67 yaşlı Səfərov Vahab Xaliq oğlunun evinə basqın edən şəxslər ona baş nayihəsindən küt alətlə bir neçə zərbə vuraraq ağır xəsarət yetiriblər. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan daha sonra Bakıdakı özəl klinikalardan birinə göndərilib. O, bir neçə gün sonra yerləşdirildiyi klinikada dünyasını dəyişib. 

Hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Hadisədə şübhəli bilinən iki nəfər - V.Abbasov və 1977-ci təvəllüdlü Fail Xüdaverdi oğlu Hüseynov həbs olunub. 

 

F.Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin təcridxanasında özünü polis əməkdaşının silahı ilə güllələyərək intihar edib.

Xatırladaq ki, V.Səfərov uzun illər kənd ambulatoriyasının baş həkimi işləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.