https://news.day.az/azerinews/948557.html Alimlər vitamin D-nin yeni faydalı xüsusiyyətini aşkarladılar Day.Az представляет новость на азербайджанском языке Orqanizmdə vitamin D-nin yüksək səviyyəsi pasiyentlərdə ağır yanıqlardan sonra bərpa olunmanı daha da sürətləndirir. Publika.az bildirir ki, belə nəticəyə Böyük Britaniyanın Birmingem İltihab və Qocalma İnstitutunun alimləri gəliblər.

Alimlər vitamin D-nin yeni faydalı xüsusiyyətini aşkarladılar

Azərbaycanca, 7 ноября 2017 21:33 (UTC +04:00) 492
Alimlər vitamin D-nin yeni faydalı xüsusiyyətini aşkarladılar

Day.Az представляет новость на азербайджанском языке

Orqanizmdə vitamin D-nin yüksək səviyyəsi pasiyentlərdə ağır yanıqlardan sonra bərpa olunmanı daha da sürətləndirir.

Publika.az bildirir ki, belə nəticəyə Böyük Britaniyanın Birmingem İltihab və Qocalma İnstitutunun alimləri gəliblər.

Yanıqlardan zərər çəkmiş insanlar müxtəlif infeksiyalara yoluxmaya meyilli olurlar. Çoxdan məlumdur ki, vitamin D antibakterial təsirə malikdir, buna görə alimlər fərz edirlər ki, o yanıqların daha tez sağalmasına imkan yarada bilər.

Bu fərziyyəni yoxlamaq üçün mütəxəssislər 1 il boyunca ağır yanıqları olan pasiyentlərdə bərpa prosesinin gedişatını təqib ediblər və prosesi orqanizmdə vitamin D-nin səviyyəsilə əlaqələndiriblər. Aydın olub ki, vitamin D-nin yüksək səviyyəsi olan xəstələrdə yaraların sağalması daha müvəffəqiyyətlə baş verir.

Bununla yanaşı aydınlaşdı ki, yanıqlar orqanizmdə vitamin D-nin səviyyəsini kəskin azaldır. "Buna görə də, faktiki olaraq, travmanın alınmasından dərhal sonra bu maddənin qəbulu pasiyentə sağalmağa daha çox şans verəcək", - hesabatda deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости