Azərbaycanlı velosəyyah: 2 il ərzində 4 qitə, 26 ölkə gəzdi - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
2 ildən çox müddət ərzində 4 qitə, 26 ölkə gəzən velosəyyah doğma vətəninə qayıdıb.
Day.Az bildirir ki, Azərbaycanlı velosəyyah Tural Abbasov 2015 ci ilin iyun ayında dünya səyahətinə çıxıb. Bu müddət ərzində o, 29 min 800 km yol qət edib. Velosəyyah dünya turuna heç bir fiziki hazırlığı olmadan çıxdığını deyir. O, geridə qalan müddəti həyatının ən azad , macəra dolu və emosional dövrü kimi səciyyələndirir.
Velosəyyah dünya turundan sonrakı planlarını da açıqlayıb. O , təəssüratları yaddaşında saxlamaqla kifayətlənmək istəmir. Əksinə görüb goturduyu, göz oxşayan anları insanlarla paylaşmaq niyyətindədir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре