Qan qruplarının cinsi həyata təsiri - ARAŞDIRMA
Day.Az представляет новость на азербайджанском языке
Qan qruplarının cinsi həyatınıza təsir etdiyini bilirdiniz?
Day.Az xəbər verir ki, xüsusilə də bu, kişilərdə daha çox özünü göstərir.
Bildiyimiz kimi, qan ereksiyanın əsas hissəsidir. Bu mövzuda heç kimin bir etirazı yoxdur. Qan qrupunun ereksiya üzərində müsbət, ya da mənfi təsiri ola bilərmi? Bugünki yazımızda buna cavab tapacaqsınız.
Türkiyədə həyata keçirilən bir araşdırmaya görə, qan qrupunun belə bir təsiri ola bilər. Qan qrupu 1-ci qrup olan kişilərin ereksiya probleminin olma ehtimalları 2, 3 və ya 4-cü qrupa nisbətən daha azdır. Hətta, 1-ci qan qrupu ilə müqayisədə, 2, ya da 3-cü qrup qana sahib kişilərin ereksiya problemləri 4 qat daha çox olur. 4-cü qan qrupu üçün isə bu riskin 5 qat qədər daha çox olduğu bildirilir.
Qruplar arasındakı əlaqə heç də şişirdilmiş deyil. Çünki daha əvvəl reallaşdırılan işlərdə, xüsusilə 4-cü qrup olmaq üzrə bəzi qan qruplarının, ürək xəstəlikləri, qan laxtalanması, ya da yüksək xolesterol kimi bəzi sağlamlıq problemləri ilə əlaqəli olduğu bildirilirdi.
Qan qrupu 2, ya da 3 olan kişilərin qanında yapışma molekulu səviyyəsi daha yüksək olduğu üçün, arteriyalarda val meydana gəlməsi də mümkündür. Bu da qan axışına təsir edərək, həm ürəyi, həm də cinsi orqanı təhlükəyə atır. (publika.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре