Salyanın mərkəzində vaşaq tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vəhşi çöl pişiyini qəflətən görən yerli sakinlər xeyli təəccübləniblər.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, vəhşi heyvanı küçədə görən sakinlər onun kimsəyə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, üzərlərinə atıldığından bu mümkün olmayıb.

Sonradan hadisə yerinə toplaşaraq vəhşi heyvanı təqib edən şəhər sakinlərindən biri heyvanın üzərinə tor ataraq tutmağa müvəffəq olub.

Çöl pişiyinin Salyan düzündən keçərək şəhərə gəldiyi ehtimal olunur.

Qeyd edək ki, çöİ pişiyi - pişikkimilər fəsiləsindən olub yırtıcı və məməli heyvan cinsidir. Aralıq dənizi sahilboyu ölkələrdə, Orta Asiyada və Azərbaycanda yayılmış çöl pişiyi ehtimal olunur ki, ev pişiyinin əcdadı olub.

Azərbaycanda çöl pişiyinə Naxçıvan MR-in Araz çayı vadisində, Muğan və Salyan düzənliklərində rast gəlinir. Yaşamaq üçün əsasən qamışlıq əraziləri seçir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.