https://news.day.az/azerinews_politics/1292686.html Prezident İlham Əliyev: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər, hanı o xəritələr? Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı bildirib: "Düşmən Kəlbəcərə yeni eybəcər bir ad verib. Onlar "Dağlıq Qarabağ respublikası"nın xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır.

Prezident İlham Əliyev: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər, hanı o xəritələr?

Siyasət, 25 ноября 2020 12:41 (UTC +04:00) 496
Prezident İlham Əliyev: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər, hanı o xəritələr?

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Düşmən Kəlbəcərə yeni eybəcər bir ad verib. Onlar "Dağlıq Qarabağ respublikası"nın xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər "Dağlıq Qarabağ respublikası"na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur "Dağlıq Qarabağ respublikası". İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости