https://news.day.az/azerinews_politics/1307324.html Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox.

Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox

Siyasət, 15 января 2021 15:33 (UTC +04:00) 655
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox

Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki,  bunu Prezident İlham Əliyev Şuşada çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости