https://news.day.az/azerinews_politics/1411749.html Prezident İlham Əliyev Tailand Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir: "Əlahəzrət...

Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Siyasət, 4 декабря 2021 14:41 (UTC +04:00) 651
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости