Bakıda dəhşətli cinayət olub - YENİLƏNİB

14:24

Day.Az представляет новость на азербайджанском языке.


Bakının Türkan qəsəbəsində silahlı insident baş verib, üç qardaş güllələnib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkan qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları, 1968-ci il təvəllüdlü Elman Zeynalov, onun qardaşları, 1970-ci il təvəllüdlü Taleh Zeynalovu və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovu güllələyib.

Elman və Taleh Zeynalovlar aldıqları güllə yarasından ölüblər, B.Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən C. İbrahimov polis tərəfindən saxlanılıb.

İnsidentə qonşular arasındakı torpaq mübahisəsi səbəb olub.

Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb. 

--------
12:04


Day.Az представляет новость на азербайджанском языке.

Qanlı hadisə zamanı yaralanan şəxsin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Yaralının aparıldığı 3 saylı Klinik Xəstəxanadan Milli.Az-a bildirildi ki, dünən saat 19 radələrində 45 yaşlı Bəhruz Firuz oğlu Zeynalov ağır güllə yarası ilə xəstəxanaya gətirilib. Döş qəfəsi və boynunda güllə yarası alan B.Zeynalov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

--------
11:37

Day.Az представляет новость на азербайджанском языке.


Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Türkan qəsəbəsində bir nəfər odlu silahla 3 nəfəri güllələyib. İki nəfər ölüb, biri isə yaralanıb.
 

Qətli törətməkdə şübhəli bilinən şəxs tutulub. Hadisə barədə ətraflı açıqlama verilmir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.