https://news.day.az/culture/413449.html Rafiq Quliyevin “Çövkən” filmi Serbiyada mükafata layiq görülmüşdür

Rafiq Quliyevin “Çövkən” filmi Serbiyada mükafata layiq görülmüşdür

Культура, 5 июля 2013 02:12 (UTC +04:00) 1 654
Rafiq Quliyevin “Çövkən” filmi Serbiyada mükafata layiq görülmüşdür

Day.Az представляет новость на азербайджанском языке.

Cari ilin 29 iyun - 02 iyul tarixlərində Serbiyanın Zlatibor şəhərində "Zlatibor-2013" idman filmləri üzrə ikinci beynəlxalq film festivalı keçirilmişdir.

Tədbirdə Serbiya Respublikasının mədəniyyət və informasiya naziri cənab Bratislav Petkoviç, Rusiya Federasiyasının Serbiyadakı Səfiri cənab Aleksandr Çepurin, Zlatibor şəhər meriyasının rəhbərliyi, ölkənin tanınmış mədəniyyət xadimləri, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin nümayəndələri,Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin yerli ictimaiyyətin və KİV-in nümayəndələriiştirak etmişlər.
 

Festivalda 18 ölkədən müxtəlif filmlər nümayiş etdirilmişdir. Münsiflər heyətinin qərarına görə Azərbaycan rejissoru Rafiq Quliyevin "Çövkən" filmi idmanda ölkəmizin milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülmüşdür. "Çövkən" filminin nümayişindən sonra mükafat və diplom Səfirliyimizin əməkdaşına təqdim edilmişdir. Festival Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və ölkə mətbuatında geniş işıqlandırılmışdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости