Ötən il Azərbaycanda nə qədər avtomobil benzini və dizel yanacağı istehsal edilib?

Ötən il Azərbaycanda 1 254,8 min ton avtomobil benzini istehsal edilib.

Bu barədə Day.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 209,4 min ton və ya 14,3% azdır.

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 16,3 min ton təşkil edib.

Ümumilikdə, 2024-cü il ərzində Azərbaycanda 3,4 milyard manat dəyərində avtomobil benzini və dizel yanacağı istehsal edilib ki, bu da illik ifadədə 218 milyon manat və ya 6,8% çoxdur.