Elnarə repin nəbzini tutmadı

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Elnarə Xəlilova ilə duet oxumağı planlaşdıran reper Orxan Həyatın arzusu gerçəkləşməyib. Nədən ki, Elnarənin iş qrafikinin sıx olması buna imkan vermir.

Bu səbəbdən duet oxumaq üçün reper yeni populyarlaşan "S-Twins" qrupuna müraciət edib. Lakin qrup hazırda kanalların birində yayımlanan qrup yarışında iştirak etdiyindən reperin müraciətini cavabsız qoyub.

Buna baxmayaraq, reper ruhdan düşməyərək nəzərdə tutulmuş dueti gənc müğənnilərdən biri ilə ifa etmək məcburiyyətində qalıb. Başıbəlalı duet artıq hazırdır.

Orxan müəllifi özü olduğu "Nəbzimi tut" adlanan yeni trekin dinləyicilər tərəfindən əvvəlki trekləri kimi bəyəniləcəyinə inanır.

Üstəlik, təklifini geri çevirən və başqa tanınmışlarla nə vaxtsa duet reallaşdıracağına ümid edir.

Treki sizə təqdim edirik.