Sarkisyanın qardaşı və qardaşı oğlu həbs edildi - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan iyulun 4-də Parisə uçmaq istəyərkən "Zvartnots" hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Hadisədən sonra A. Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.
Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb. Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb. D. Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.
Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре