Xocalıda yaxınlarını itirmiş DYP komandiri: "Qisasımızı alacağıq"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının şəxsi heyəti Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Day.Az avtosfer.az-a istinadla xəbər verir ki, Saray postunda baş tutan tədbirdə çıxış edən tağım komandiri, polis mayoru Ürfət Şükürov bildirib ki, o özü də Xocalı soyqırımına məruz qalmış şəxslərdən biridir. Onun da ailəsinin bir neçə üzvü ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Tağım komandiri bildirib ki, bu acı nəinki təkcə Xocalıları, bütün xalqımızı incidir. Əminəm ki, bütün şəhidlərin qanı gec-tez alınacaq. Bunun üçün təkcə Azərbaycan əsgəri deyil, polis də vətənin keşiyində dayanıb və döyüş əmrinə hər zaman hazırdır. 

Xocalıda tağım komandiri olmuş keçmiş döyüşçü Zahid Cabbarov çıxış edərək bildirib ki, faciənin iştirakçısı olub. " Mən o günü xatırlayanda bütün bədənim donur. Ermənilər yer üzərinə səpələnmiş iyrənc məxluqlardır. "Biz Xocalıda döyüş yoldaşlarımızdan birinin qisasını almaq üçün erməni tərəfdən gələn bir maşını saxlamaq istədik. Lakin görəndə ki, maşında sürücüdən başqa qadın və uşaq var əlimiz o maşına güllə atmağa qalxmadı. Ermənilər bizim bu humanistliyimizi bildiyi üçün o uşağı maşının qabaq hissəsinə tutmuşdular. Biz o maşına heç nə etmədik. Amma bizim yerimizə ermənilər olsaydı o maşını yandırar, uşağı süngüyə keçirərdi. Çox təssüf ki, ermənilər bizim humanist duyğularımızdan hər zaman istifadə edib. Amma mən bunu da qeyd etmək istəyirəm ki, bu cür müsibətdən sonra erməni uşağına əl qaldırmaram. Bizim əsas günahımız türk və müsəlman olmağımızdır. 
Bu faciəni ötən əsrin əvvəllərində babalarımız yaşayıb, 50-ci illərdə deportasiya ilə atalarımız yaşayıb, mən də Xocalıda yaşadım. Amma istəmirəm ki, mənim övladlarım bu faciələri yaşasın."

Tədbirdə çıxış edən tarixçi İmaməli Quliyev ermənilərin tarixi saxtakarlıqlarından söz açıb. Onların digər xalqların tarixini, ənənələrini necə saxtakarlıqla öz adlarına çıxdığını qeyd edib. Bildirib ki, etmə illər bütün insanlığa qarşı olan bir toplumdur.

Ermənilər harda olubsa həmin dövlətlərə problem yaradıblar. Hətta Rus imperiyasınin dəstəyi ilə Cənubi Qafqaza yerləşdiriləndən sonra xalqımıza qarşı bu murdar siyasətə başladılar. Onlar xalqımızın gözünü qorxuzub bizim torpaqlara yiyələnmək istədilər. Lakin bu gün Azərbaycan qüdrətli dövlətdir və növbəti döyüş əmrində torpaqlar mütləq geri qaytarılacaq.

Tədbirdən sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.