Britaniya Fars körfəzinə hərbi gəmi göndərdi

Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus "HMS Kent" freqatı Fars körfəzinə yola düşüb.

Day.Az Trend-ə istinadən bildirir ki, bölgədə "HMS Duncan" gəmisini əvəz edəcək.

"HMS Kent" ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.

Bundan başqa, freqat Hörmüz boğazından keçən Böyük Britaniya gəmilərini müşayiət edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.