Hazırda çəkilişləri Türkiyədə aparılan "Rus kölə" serialında Xalq artisti Pərviz Məmmədrzayevin də rol alması məlum olub.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi özü sosial media hesabında məlumat verib.

Tarixi janrda olan ekran işi ilin ən gözlənilən serialı kimi təqdim edilir.

Rusiyalı prodüser Elena Deniseviç ekran işində həmyerlimiz Kamran Ağabalayev də Bəyazıd ağa obrazına həyat verir.

"Rus kölə"də Xorvatiya, Gürcüstan, Rusiya, Ermənistan, İtaliya kimi ölkələrin aktyorları da iştirak edir.

Qeyd edək ki, bu, Elena Deniseviçin tarixi janrda olan ilk serialı deyil. O, bundan öncə "Qızıl ordu" adlı ekran işini ərsəyə gətirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!