"Bakı Metropoliteni"nin şərti adı "B3" olan stansiyasının tikintisi tamamlanmaq üzrədir.

Day.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"nin QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyanın tikintisində son tamamlanma aparıllr:

"Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda stansiyanın üst hissəsində, yol hərəkəti zolaqlarında tamamlanma işləri gedir. Əgər başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!