Di Kaprio özündən 23 yaşlı kiçik sevgilisindən ayrılır FOTO

Məşhur aktyor, "Oskar" mükafatı laureatı Leonardo Di Kaprio növbəti dəfə öz pərəstişkarlarını təəcübləndirib.
Day.Az Oxu.Az-a istinadən xəbər verir ki, aktyor 2017-ci ildən görüşdüyü argentinalı model Kamila Morronla ayrılmaq qərarına gəlib.
Mənbə məlumat verir ki, hər gün "nə zaman rəsmi münasibətlərə daxil olacaqsınız?" sualı ilə qarşılaşan aktyor K.Morronla münasibətlərə birdəfəlik son vermək qərarına gəlib.
Digər kütləvi informasiya vasitələrində isə 45 yaşlı aktyorun anasının təzyiqi ilə bu addımı atdığı yazılır. Di Kaprionun anası İrmelin İndenbirken oğlunun yanında aktrisa və modelləri görməkdən yorulduğunu və tezliklə ailə qurmasını arzuladığını dəfələrlə bəyan edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре