https://news.day.az/azerinews/1239770.html Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir Türkiyədə iyunun 1-dən bir sıra daxili uçuşlar bərpa edilir. Day.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin nəqliyyət və infrastruktur naziri Adil Karaismayıloğlu deyib. Onun sözlərinə görə, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək.

Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Azərbaycanca, 31 мая 2020 09:10 (UTC +04:00) 780
Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Türkiyədə iyunun 1-dən bir sıra daxili uçuşlar bərpa edilir.

Day.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin nəqliyyət və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

Onun sözlərinə görə, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək. Digər hava limanlarından uçuşlar mərhələli şəkildə bərpa ediləcək: "İlk uçuş yerli vaxtla saat 10:00-da İstanbuldan Ankaraya həyata keçiriləcək".

Nazir vurğulayıb ki, bütün hava limanlarında koronavirus infeksiyasına qarşı zəruri tədbirlər görülüb, müvafiq sertifikatlar verilib.

A.Karaismayıloğlu əhalini hava nəqliyyatından istifadə etməkdən qorxmamağa çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости