Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edilib

Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının ​​​​​​​​​Kanadadakı Səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər almışlar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən cinayət yerinə dərhal  icma üzvləri və çox sayda polis nəfərləri gəlmişdir. Polis zərər çəkmiş şəxslərdən izahatlar almışdır və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilmişdir. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırmışdır.

​Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.