Səbail rayonu ərazisində yerləşən çimərliklərdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir - FOTO

Avqustun 5-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. Bununla əlaqədar, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl edilməsi qaydalara nəzarət olunması məqsədilə rayon ərazisində yerləşən bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məsul şəxslər təhkim olunub.
Day.Az-ın məlumatına görə, karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma işləri həyata keçirilib. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре