https://news.day.az/azerinews/1267377.html
Sərt karantin rejiminə yenidən keçid - Kubada 15 sentyabrda...
Sərt karantin rejiminə yenidən keçid - Kubada 15 sentyabrda...

Kubanın paytaxtı Havanada 15 sentyabra qədər sərt karantin rejiminin tətbiqinə başlanıb.
Day.Az Publika.az-a istinadən xəbər verir ki, koronavirusa yoluxmada sürətli artımın qeydə alınmasından sonra hökumət bu addımı atıb.
Qərar çərçivəsində paytaxtda bütün ticarət fəaliyyətləri məhdudlaşdırılıb. Fərdi avtomobillərin hərəkətinə 05.00-19.00 saatları arasında icazə verilir.
Paytaxtda sadəcə qida və gigiyena məhsullarının alış-verişinə icazə veriləcək.
Qeyd edək ki, Kubanın 12 milyon əhalisi var. Bu günədək ölkədə 4 min 65 nəfər koronavirusa yoluxub, 95 nəfər ölüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре