https://news.day.az/azerinews/1280812.html Gəncədə dağıntılar arasında tapılan yeniyetmənin sabah ad günü olacaqdı

Gəncədə dağıntılar arasında tapılan yeniyetmənin sabah ad günü olacaqdı

Azərbaycanca, 17 октября 2020 11:50 (UTC +04:00) 442
Gəncədə dağıntılar arasında tapılan yeniyetmənin sabah ad günü olacaqdı

Gəncə şəhərində dağıntılar arasında yeniyetmənin şəxsiyyət vəsiqəsi aşkar edilib.

Day.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində baş verən dağıntıların arasında Nigar Əsgərovanın şəxsiyyət vəsiqəsi tapılıb: "Sabah, oktyabrın 18-də onun ad günü olacaqdı".

Qeyd edək ki, Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости