https://news.day.az/azerinews/1343609.html Firuz Səxavətə ağır itki

Firuz Səxavətə ağır itki

Azərbaycanca, 18 мая 2021 11:43 (UTC +04:00) 663
Firuz Səxavətə ağır itki

Tanınmış xanəndə, muğam ustası Firuz Səxavətə ağır itki üz verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri sənətçinin qardaşı İbadət Məmmədovun səhhətində yaranan problemlərə görə 65 yaşında vəfat etdiyini bildirib.

Mərhum bu gün Binəqədi kənd qəbiristanlığında, 2014-cü ildə vəfat edən atası Əmirxan Məmmədovun məzarı yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Firuz Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır.
 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости