“Autostar Kaukasus” əfsanələri bir araya gətirdi!

Uzun illərdir, rəsmi şəkildə təmsil etdiyi "Mercedes-Benz" markasının fəlsəfəsini ifadə edəcək şəxsiyyət axtarışlarında "Autostar Kaukasus"un seçimi kinomuzda yaratdığı obrazlarla canlı əfsanəyə çevrilən Fəxrəddin Manafov oldu. Şirkətin 25 illiyi ilə bağlı çəkiliş məkanları olaraq isə İçərişəhər və Neft quyuları seçildi. 

Niyə İçərişəhər, Mercedes-Benz və Fəxrəddin Manafov?! 

Çünki bu küçələr onu yaxşı tanıyır. Buralarda o, neçə-neçə fərqli obrazlarda qarşımıza çıxaraq tarixin silinməz bir parçasına çevrilib. Onu görməyimiz bizə hər zaman keyfiyyət, orijinallıq və böyük əməkdən xəbər verir. Sizcə bu cümlələr bir marka yoxsa bir sənətkar haqqındadır?! Bu fikirlər həm marka, həm də adını markaya çevirmiş sənətkar barəsindədir.

Bəs niyə Neft quyuları, Mercedes-Benz və Fəxrəddin Manafov?!

Burada çəkilən fotolarda 3 dəyərin vəhdət yaratdığını görə bilərik. Bir tərəfdə fəaliyyəti ilə daim avtomobil sənayesini zənginləşdirən "Mercedes-Benz", fonda Azərbaycanı zənginləşdirən neft quyuları, digər tərəfdə "Neft və milyonlar səltənətində" filmi ilə başlayan milli kinomuzu öz təkrarolunmaz rolları ilə zənginləşdirən Fəxrəddin Manafov. 

Geridə qoyduğu illər ərzində ənənələrə sadiqlik, simvollara dərin hörmət və dəyərə dəyər qata bilməyi öyrənməsi "Autostar Kaukasus"un uğurlarının təməlini təşkil edir. "Autostar Kaukasus" - 25 ildir ki, daha yaxşısı üçün.  

976 

(+99412) 496 50 50 

Babək pr, 1145 

www.mercedes-autostar.az