https://news.day.az/azerinews/1392291.html Deputat Siyavuş Novruzova ağır itki üz verdi - FOTO

Deputat Siyavuş Novruzova ağır itki üz verdi - FOTO

Azərbaycanca, 15 октября 2021 20:06 (UTC +04:00) 857
Deputat Siyavuş Novruzova ağır itki üz verdi

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib.

Day.Az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə mərhum professorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.

M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости