İnstaqramda yeni fırıldaqçılar peyda olub

Son dövrlər sosial şəbəkələrdə, xüsusən instaqramda yeni fırıldaq növü geniş yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov ''Xəzər Xəbər''ə bildirib ki, sosial şəbəkələrdə dələduzluq edənlər təmsil etdiyi qurumun adından da istifadə ediblər.

Nazirlik rəsmisi belə səhifələri işlədən, xüsusən saxta yarışlar keçirənlərə xəbərdarlıq edib.

Saxta yarış səhifələrini idarə edənlər vətəndaşların güya bahalı telefon qazandıqlarını qeyd edirlər. Hətta bəziləri belə telefonları öz yaxınlarına verib, fotosunu səhifədə paylaşırlar. Bununla da onun guya qalib gəlməsi mənzərəsini yaradırlar.

Daxili İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, vətəndaşların bütün rəsmi müraciətləri araşdırılır və dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb olunurlar.

Day.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: