Avtomobilinizi ŠKODA servis mərkəzi ilə qışa hazırlamaq vaxtıdır!

Avtomobilinizi ŠKODA servis mərkəzi ilə qışa hazırlamaq vaxtıdır!

Havaların artıq  soyuq keçməsi qışın da sərt olacağından xəbər verir. Qar, nəm, duz, buz, yol reagentləri, turşu yağışı, temperaturun düşməsi kimi əlverişsiz amillər avtomobillərə mənfi təsir göstərir. Bundan əlavə qarlı və yağışlı hava şəraitində, sel suları basmış və ya buz bağlamış yollarda avtomobil idarə etmək çətin olduğu qədər də təhlükəlidir. Bu kimi hallar sükan arxasında olan sürücünün hazırlıqlı və təcrübəli olmasını tələb etdiyi kimi, avtomobilin də qışa mövsümünə hazır olmasını tələb edir. 

Avtomobilinizi qışa hazırlanmağa və qorunmaya ehtiyacı olduğunu nəzər alaraq ... tarixlərində servis xidməti üçün ŠKODA servis mərkəzi xüsusi kampaniya təklif edir.

Qış kampaniyasına aşağıda qeyd olunan yoxlanış üsulları daxildir:

  • Lampaların yoxlanılması (normal xidmət haqqı 5.00 AZN);
  • Antifrizin yoxlanılması (normal xidmət haqqı 5.00 AZN);
  • Hava filtrinin yoxlanılması (normal xidmət haqqı 5.90 AZN);
  • Salon filtrinin yoxlanılması (normal xidmət haqqı 5.90 AZN);
  • Əyləc mayesinin yoxlanılması (normal xidmət haqqı 5.00 AZN);
  • Əyləc qəliblərinin yoxlanılması (normal xidmət haqqı 5.00 AZN);
  • Əyləc disklərinin yoxlanılması (normal xidmət haqqı 5.00 AZN);
  • Şüşəsilənlərin (ön və arxa) yoxlanılması (normal xidmət haqqı 3.00 AZN);
  • Akumulyatorun yoxlanılması (normal xidmət haqqı 5.00 AZN);
  • Təkərlərin protektorunun yoxlanılması (normal xidmət haqqı 3.00 AZN);
  • Qızdırıcıların yoxlanılması (güzgü, şüşələr, oturacaqlar) (normal xidmət haqqı 5.00 AZN);
  • Su baçoku və suvuranların yoxlanılması (normal xidmət haqqı 3.00 AZN).

Ümumi dəyəri 55.80 AZN olan bu xidmətlərdən cəmi 15.00 AZN ödəniş etməklə yararlana bilərsiniz. Xidmətə yazılmağa və avtomobilinizi qışa hazırlamağa tələsin!

Kampaniya müddəti 30 dekabradək keçərlidir.

Əlaqə: *5544

Ünvan: Babək pr, 74
Sayt: www.skoda.az