https://news.day.az/azerinews/1409229.html Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək. Day.Az-ın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü

Azərbaycanca, 28 ноября 2021 23:20 (UTC +04:00) 473
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək

İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

Day.Az-ın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: "Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqətlə beynəlxalq münasibətlər sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır".

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости