Akademiyanın tələbəsi və əməkdaşı öldü - Bakıda dəhşətli qəza

Bu gün Zabrat-Maştağa yolunda dəhşətli qəza baş verib. Yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.
Day.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, Firdovsi Eyvazovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zamanda yolu keçmək istəyən Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini və şəxsiyyəti hələki müəyyən edilməyən qadını vurub.
Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən qadın Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре