Azərbaycanın mədəni irsinin qorunması ortaq məsuliyyətimizdir

Dünyanın hər yerində olduğu kimi Azərbaycanın da mədəni irsinin qorunması ortaq məsuliyyətimizdir.

Day.Az xəbər verir ki, bunu bu gün "Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağda illərdir davam edən işğalın sülhlə bitməsi üçün səbrlə gözlədi.

"Lakin bu nəticə vermədi. 44 günlük müharibə ilə öz torpaqlarını erməni işğalından azad etdi. Birlikdə Qarabağda təhrif edilən, yox edilən mirasların yenidən canlandırılmasına çalışmalıyıq. Bu konqres beynəlxalq ictimaiyyətə edilən çağırışdır. Nəticələrinin müsbət olacağını düşünürük", - deyə o bildirib.