https://news.day.az/azerinews/1522088.html İqtisadi Şuranın növbəti iclası keçirilib Dekabrın 22-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycanca, 22 декабря 2022 19:48 (UTC +04:00) 643
İqtisadi Şuranın növbəti iclası keçirilib

Dekabrın 22-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Day.Az-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" Sərəncamından irəli gələrək maliyyə-bank sistemində qanunvericilik aktlarına təklif olunan dəyişikliklərin layihələri ətraflı müzakirə olunub.

İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzəsi dinlənilib və qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости