Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!
Sabahdan Ramazan ayı başlayır. Bu ayda oruc tutan hər kəsin qida rasionu tamamilə dəyişir.
Sfera.az bildirir ki, türkiyəli pəhriz mütəxəssisi Emine Ayvaz bu barədə mühüm xəbərdarlıqlar edib.
Ramazan ayında nizamlı və balanslı qidalanmanın çox vacib olduğunu deyə dietoloq fikirlərini bu cür davam etdirib:
"Sahurda üstünlük verəcəyiniz ən yaxşı alternativ səhər yeməyidir. Müxtəlif qidaların olduğu səhər yeməyi sizi gün boyu formada saxlayır və qan şəkərinizin düşməsinin qarşısını alır. Gün ərzində susuz qalmamaq üçün sahurda çox duzlu və ədviyyatlı yeməklərdən uzaq durmaq lazımdır. Oruc tutanlar iftarla sahur arasında orta hesabla 8-10 stəkan su içməlidir".
E.Ayvaz həmçinin bildirib ki, iftar süfrəsi sahur qədər önəmlidir:
"Orucu şorba ilə açıb bir müddət ara verdikdən sonra əsas yeməyə keçmək düzgün seçimdir. Birdən-birə çox qidalanmaq qan təzyiqi və şəkərin qalxmasına, mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. İftardan sonra yüksələn qan şəkəriniz sizdə şirniyyat yemək istəyi yarada bilər. Bu zaman şərbət və şokoladlı desertlər yerinə meyvə və qoz-fındıq qəlyanaltılarına üstünlük vermək düzgün qərar olardı. Eyni zamanda, Ramazanda hərəkətin məhdudlaşdırılması bağırsağın yavaşlamasına gətirib çıxara bilər. Buna görə də iftardan 1 saat sonra 45 dəqiqəlik gəzinti həzmi asanlaşdırır və qəbizlik problemlərinin qarşısını alır".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi təqvimə əsasən, aprelin 21-22-si orucluq başa çatacaq, yəni bayram günləri elan olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре