Fazil Mustafaya sui-qəsddə İran izi var?

Millət vəkili Fazil Mustafaya qarşı hücumdan sonra bütün diqqətlər İrana yönəlib.

Day.Az xəbər verir ki, cinayətin təfərrüatları ilə hüquq-mühafizə orqanları bütün imkan və vasitələri ilə məşğuldur.

Ancaq diqqətin İrana yönəlməsi üçün də çox ciddi əsaslar var. Bu, son 3 aylıq dönəmdə İranın Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir.

Azərbaycan səfirliyinə qarşı hücuma görə heç kimin cəzalandırılmaması hər kəsə bunu göstərdi ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır.

Bundan əlavə, Fazil Mustafaya qarşı hücumun Azərbaycan xarici işlər nazirinin İsraildə səfərdə olduğu və DTX-nın peşə bayramı günündə törədilməsi hər şeyin mahiyyətini ortaya qoyur. Azərbaycan xüsusi xidmət orqanlarının İrana məxsus şəbəkələri ard-arda ifşa etməsi molla rejimini ciddi narahat edib.

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirir ki, İran Azərbaycanın İsraildə səfirlik açmasını həzm edə bilmədiyi üçün belə bir addım atıb.

Bundan əvvəl isə İran xüsusi xidmət orqanları tərəfindən illər öncə akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlə yetirilməsini heç  kəs yaddan çıxarmayıb. Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçirilən zaman İranın planlaşdırdığı terror həmlələrinin də qarşısı alınmışdı. Elçin Mirzəbəyli bildirir ki, İran terror dövləti kimi bütün dünyada ad çıxarıb. Buna görə bu ölkənin Azərbaycana qarşı da bu cür davranması şübhə doğurmur.

Nəticədə İranın illərdir həyata keçirdiyi siyasət bunun göstərir ki, bu ölkə Azərbaycana hər zaman düşmən mövqedə dayanıb və bunu faktiki əməlləri ilə hər zaman nümayiş etdirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: