Paşinyan sülh müqaviləsinin imzalanmaması üçün dua edir - O, nədən qorxur?

"Paşinyan və komandası dua edib ki, Bakı və İrəvan Vaşinqtonda bir dənə də olsun sənəd imzalamasın. Çünki bu, "yeni müharibə" ilə nəticələnəcək. ABŞ-Rusiya münaqişəsində Ermənistanın qalib gələ bilməyəcəyi yeni cəbhə açacaq".

Day.Az xəbər verir ki, bu fikirlər Ermənistanın "Hraparak" nəşrində dərc olunan yazıda qeyd olunub.

Nəşr yazır ki, sülh müqaviləsi ilə bağlı hər hansı sənədin imzalanması Kremldən əsəbi reaksiyalara səbəb ola bilər. Ona görə də Paşinyan və komandası belə bir sənədin imzalanmasını istəmir. "Bunun əvəzini Paşinyan ödəməli olacaq".

Həmçinin iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammitində Azərbaycan və Ermənistan liderləri arasında sənəd imzalana bilinəcəyi də ehtimal olunur.

Bu barədə Paşinyan da danışıb. O bildirib ki, bu yaxşı xəbərdir, əgər iyunun 1-də sülh müqaviləsi imzalansa, sevinər.

Elvin Səxavətoğlu