İsveçrədəki səfirliyimizdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş qəbul keçirilib

Azərbaycanın İsveçrədəki səfirliyində 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş qəbul keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Tvitter səhifəsində yazıb.

"Səfirlik Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş qəbulu təşkil etməkdən çox məmnun olub. Tədbirin fəxri qonağı olan Azərbaycanın səhiyyə naziri Teymur Musayevin salamlama nitqi və mənim niqtim Azərbaycan və İsveçrənin gənc rəqqasları və Ukraynadan qaçqınların möhtəşəm çıxışı ilə müşayiət olundu", - deyə səfir yazıb.