https://news.day.az/azerinews/1567797.html Liviya Türkiyəyə neft-qaz sektorunda əməkdaşlıq təklifi edib Liviyanın İqtisadiyyat və Ticarət naziri Məhəmməd əl-Huveyc nazirliyin Tripolidəki kampusunda Türkiyə-Liviya İş Adamları Şurasının nümayəndə heyəti ilə görüş keçirib. Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti və ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Liviya Türkiyəyə neft-qaz sektorunda əməkdaşlıq təklifi edib

Azərbaycanca, 26 мая 2023 14:18 (UTC +04:00) 560
Liviya Türkiyəyə neft-qaz sektorunda əməkdaşlıq

Liviyanın İqtisadiyyat və Ticarət naziri Məhəmməd əl-Huveyc nazirliyin Tripolidəki kampusunda Türkiyə-Liviya İş Adamları Şurasının nümayəndə heyəti ilə görüş keçirib.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti və ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər neft-qaz sektorunda investisiya layihələrini və Liviya Milli Neft Şirkətinin nəzarəti altında neft məhsulları emalı zavodlarının yaradılması məsələlərini müzakirə edib.

Bundan əlavə, Liviya Səhiyyə Nazirliyinə dəstək və iki ölkənin səhiyyə sahəsindəki özəl sektorları arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Tripolidə ortaq xəstəxananın yaradılmasına qərar verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости