Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçiləri Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha çox tərəqqi və rifah diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.

Zati-alinizin Sərəncamına əsasən, 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilmişdir. Bu münasibətlə Cəmiyyətimiz tərəfindən silsilə tədbirlər təşkil olunub və olunacaqdır.

Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!".

XXX

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram".

XXX

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Sizi və qardaş Azərbaycan xalqını qarşıdan gələn milli bayram - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Ölkəniz ildən-ilə dövlətçiliyin möhkəmlənməsi və cəmiyyətdə sabitliyin təmin olunması yolunda inamla irəliləyir, iqtisadi potensialını gücləndirir, əsrlər boyu xalqlarımızı birləşdirən həqiqi dostluq, yaxın və mehriban qonşuluq, həmçinin qarşılıqlı etimad üzrə çoxəsrlik ənənələri artırır.

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları respublikanın sakinlərinin rifahının təmin olunmasında yüksək nailiyyətlərin əldə edilməsinin etibarlı bünövrəsidir.

Dağıstanlılar adından və şəxsən öz adımdan Dağıstanın Xalq şairi, bütün dünyada insanların qardaşlığını tərənnüm edən Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş bir sıra əhəmiyyətli tədbirlərin respublikanızda keçirilməsinə görə təşəkkürlərimi qəbul edin. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bizim çoxşaxəli qarşılıqlı fəaliyyətimiz gələcəkdə də inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar, Azərbaycana isə tərəqqi və rifah arzularımı bildirim".

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.

Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm".

XXX

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik".

XXX

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.

Zati-alilərı, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

XXX

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

XXX

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram".

XXX

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikasının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Rusiya-Ukrayna müharibəsi ilə xarakterizə olunan həssas bir dövrdə çoxsaylı görüşlərimiz zamanı da təsdiq etdiyimiz kimi, Bakı və Romanı birləşdirən möhkəm əlaqələrin davamlı olaraq güclənməsini qeyd etmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.

Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, Sizə səmimi dostluq ruhunda şəxsi rifah, dost Azərbaycan xalqına firavan gələcək arzularımı çatdırıram".

XXX

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Macarıstan ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq nümunəvi xarakter daşıyır, həmçinin iqtisadi və siyasi əlaqələrimizin fasiləsiz inkişafı ilə dəstəklənir.

Mən şadam ki, bu ilin yanvarında biz ölkələrimiz arasında əlaqələri genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq.

Sizi əmin edə bilərəm ki, Macarıstan hökuməti Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də Türk dövlətlərinin əməkdaşlığı çərçivəsində çoxşaxəli əsasda əlaqələrin daha da inkişafı üçün səy göstərməyə sadiqdir. Əminəm ki, məhsuldar əməkdaşlığımız hər iki ölkənin vətəndaşlarının rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni uğurlar arzu edirəm".

XXX

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Sizi və Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Ümumdünya Gömrük Təşkilatının adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz bu əlamətdar bayramı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bir vaxtda qarşılayırsınız.

O, yüksək səviyyəli gömrük xidmətinin əsasının qoyulmasını Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının və daha da inkişaf etdirilməsinin ən vacib amillərindən biri hesab edirdi.

Bu fürsətdən istifadə edərək, Ümumdünya Gömrük Təşkilatının Azərbaycanla tərəfdaşlığının gücləndirilməsinə Zati-alinizin töhfələrinə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu gün Sizin rəhbərliyinizlə və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi öz fəaliyyətini müasirləşdirməkdə davam edir.

Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək üçün yaxın gələcəkdə Zati-alinizlə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün görüşmək fürsətini səbirsizliklə gözləyirəm".

XXX

Moldova Respublikasının Prezidenti Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi Moldova Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin dinamik inkişafı və fəal xarici siyasət yürüdülməsi yolunda qazandığı mühüm nailiyyətləri qeyd etmək istəyirəm.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan yaxşı münasibətləri yüksək qiymətləndirirəm. Eyni zamanda, Moldova-Azərbaycan münasibətlərinin mövcud potensialından ölkələrimizin ümumi mənafeyi naminə tam istifadəsinə töhfə vermək məqsədi daşıyan siyasi dialoqun konstruktiv xarakterini qeyd etmək istərdim.

Qəti əminəm ki, biz qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı birgə səylərlə intensivləşdirə və şaxələndirə biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq arzulayıram.

Zati-aliləri, "Avropa siyasi birliyi"nin ikinci Zirvə toplantısında iştirak üçün Moldova Respublikasına səfəriniz ərəfəsində ən yüksək ehtiramımı qəbul edin".

XXX

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Səmimi-qəlbdən ümid edirik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr qarşıdakı illərdə dövlətlərimizin rifahı naminə daha da möhkəmlənəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm".

XXX

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması mühüm tarixi hadisə kimi digər xalqlara örnək olmuşdur.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı, xüsusilə də sülhün, sabitliyin və əməkdaşlığın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istəyirəm ki, türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq ruhu daha da dərinləşəcək və Təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.

Bu əlamətdar bayram münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm".