https://news.day.az/azerinews/1568147.html Bakı-Qəbələ marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırıldı "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 03 iyun 2023-cü il tarixindən etibarən qatar reyslərinin sayını artırıb.

Bakı-Qəbələ marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırıldı

Azərbaycanca, 27 мая 2023 15:33 (UTC +04:00) 1 152
Bakı-Qəbələ marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırıldı

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 03 iyun 2023-cü il tarixindən etibarən qatar reyslərinin sayını artırıb.

ADY-dən Day.Az-а verilən məlumata görə, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından
(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости