https://news.day.az/azerinews/1571369.html Ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir - Əli Əsədovdan yeni qərar

Ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir - Əli Əsədovdan yeni qərar

Azərbaycanca, 7 июня 2023 16:14 (UTC +04:00) 744
Ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir

Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir.

Day.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости