Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıqlar BAŞLAYIB
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb.
Day.Az xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
"Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək", - o bildirib.
Həmçinin oxuyun: Qurbanlıq qoyun almaq istəyənlərə ŞAD XƏBƏR - Qiymətlər... - VİDEO
Q.Təhməzlinin sözlərinə görə, Qurban bayramına hazırlıq məqsədilə AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib: "Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре