https://news.day.az/azerinews/1571712.html Həftəsonu bu rayona getmək istəyənlərin NƏZƏRİNƏ! "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib. Bu barədə Day.Az-a ADY-dən bildirilib.

Həftəsonu bu rayona getmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanca, 8 июня 2023 17:35 (UTC +04:00) 1 666
Həftəsonu bu rayona getmək istəyənlərin

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.

Bu barədə Day.Az-a ADY-dən bildirilib.

Belə ki, 10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 21:25-də çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости