Bakı ilə İrəvan arasında dəmir yolunun haradan keçəcəyi

Bakı ilə İrəvan arasında dəmir yolunun haradan keçəcəyi barədə razılaşma var.

Day.Az xəbər verir ki, bunu Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması barədə danışarkən vurğulayıb. Rusiya Baş nazirinin müavini həmçinin qeyd edib ki, 2-3 məsələ ilə bağlı fikir ayrılığı var, lakin ümumilikdə mətn yüksək səviyyədə hazırdır.

"Bu, adi bir dəmir yolu olacaq. Bütün tərəflərdə kommunikasiyaların tezliklə açılması prosesinə başlamaq istəyi var", - Rusiya rəsmisi izah edib.