Vətən Müharibəsindən separatizmin kökünün kəsilməsinə gedən yol - Bakı niyə 3 il gözlədi?

Müəllif: Elvin Səxavətoğlu
Azərbaycan İkinci Qarabağ Müharibəsindən ötən 3 il ərzində üçtərəfli bəynatın 4-cü bəndini sülh yolu ilə həll olunması üçün böyük səy göstərdi.
Əslində rəsmi Bakının əlində 3 ildən daha tez lokal antiterror tədbirləri həyata keçirmək üçün imkanlar var idi. Amma Azərbaycan sülhdən yana oldu, həm Qərb platformalarında, həm də Moskvanın təşəbbüsü ilə keçirilən ikitərəfli görüşlərdə slahlıların bölgədən dinc yolla çıxarılmasını gündəmdə saxladı.
Bu səbəbdən, 3 il ərazində hərbi deyil, diplomatik addımlar atmağa üstünlük verildi. İzah olunurdu ki, bəyənatın 4-cü bəndinə uyğun olaraq, Rusiya sülhməramlıların Qarabağa daxil olmasına paralel şəkildə erməni silahlılar bölgədən çıxmalı idi. Amma onlar əksinə yeni hərbi bazalar, mövqelər, səngərlər inşa etməklə Azərbaycan qanunlarına tabe olmaqdan boyun qaçırırdılar.
Bundan başqa, Prezident İlham Əliyev dəfələrlə separatçılara silahlı yerə qoymaq və qondarma hökuməti buraxmaları barədə xəbərdarlıq etdi. Yenə də Qarabağdakı rejim Azərbaycanın sülhpərvər çağırışlarına reaksiya vermədi.
Hətta təxribatların sayını artıraq, diversiya əməliyyatları təşkil edib, Azərbaycan ərazisinə mina döşədilər və onlarla vətəndaşımızın ölümünə səbəb oldular. Nəticədə rəsmi Bakı lokal antiterror tədbirləri həyata keçirmək barədə qərar qəbul etdi.
24 saat ərzində davam edən antiterror tədbirləri nəticəsində gözlənildiyi kimi Azərbaycan ordusu böyük uğura imza atdılar. Hərbi addımlar nəticəsində separatçılar silahlarını təhvil verib Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olacaqları barədə mesajlar verməyə başladılar.
Qısamüddətli əməliyyat nəticəsində Azərbaycan Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində bütün bütün kommunikasiyaları, yolları, yüksəklikləri nəzarətə götürməyə nail oldu. Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, artıq separatçılara tabe olan qüvvələr döyüş mövqelərini tərk etməyə başlayıblar. Həmçinin qondarma rejimin Qarabağda quraşdırdığı saxta simvollar sökülür.
Artıq silahlılar bölgəni tam tərk etdikdən sonra bütün Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyəti təmin olunacaq. Bu rəsmi Bakının həm hərbi, həm də diplomatik qələbəsidir.
Azərbaycanın siyasi rəhbərliyi Vətən Müharibəsindən ötən 3 il ərzində təmkilinli davrandı, geosiyasi prosesləri təhlil edərək qərarlar qəbul etdi. Yəni nəyin nə vaxt ediləcəyinə tam vaxtında və uzaqgörən məntiqi addımlarla qərar verildi. Nəticə isə göz qabağındadır. Artıq Azərbaycan ərazisində separatizmin kökü kəsilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре